AZENRU
youtube
Ana səhifəSaytın xəritəsi
l
r

Mükafatlar

top
“Consulting&Business” jurnalı Nar Mobile brendini “Ilin Şirkəti” mükafatının “Xalqın Seçimi” nominasiyasında qalib elan etdiNar Mobile 2010-cu il ərzində əhatə dairəsinin sürətli genişləndirilməsi, yenilənmiş “Nar Dünyası” Tam Xidmət və Satış Məntəqələrinin müştərilərin istifadəsinə verilməsi, 3G texnologiyasının təqdim edilməsi və yüksək keyfiyyətli xidmətlərin tətbiqinə görə, "Consulting&Business" jurnalının biznes və iqtisadiyyat sahəsindəki “İlin Şirkəti” Milli Mükafatına layiq görülmüşdü.
Azerfon İlin Mobil Operatoru elan edildiAzerfon MMC Caspian Integration Award Beynəlxalq mükafatının qalibi elan edildi. Təqdim olunan mükafat Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) tərəfindən təsis edilib və hər il beynəlxalq şirkət və təşkilatlara təqdim edilir. Mükafatın qalibləri Xəzər – Qara Dəniz və Baltik regionlarında fəaliyyət göstərən 32 ölkənin 1 500 şirkətində çalışan 7 500 TOP-menecer arasında aparılan sorğu nəticəsində təyin olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev CEİBC – nin fəxri sədridir.
Azerfon MMC-nin əməkdaşı “Tərəqqi” medalı ilə təltif olundu23 yanvar 2010-cu il tarixində Rabitə və İnformasiya Nazirliyində informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılma mərasimi keçirildi. Təltif olunanların arasında Azerfon MMC-in əməkdaşı - database üzrə baş administratoru - Teymur Hacıyev də var idi.
AZERFON MMC “Biznes Sahəsində Uğurlu Fəaliyyət” diplomu ilə təltif olunduAzərbaycanın Biznes sahəsində göstərdiyi yüksək nəticələrə əsasən, AZERFON MMC diplomla təltif olundu.
Nar Mobile Mətbuat xidməti “İlin ən yaxşı PR-xidməti” elan olundu!79 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə Nar Mobile mətbuat xidməti biznes sahəsinin ən yaxşı PR xidməti seçildi.
AZERFON MMC (Nar Mobile ticarət nişanı) telekommunikasiya sahəsində ilin ən yaxşı şirkəti elan edildi.6 oktyabr 2008-ci il tarixndə “Gülüstan” sarayında “Consulting&Business” jurnalı tərəfindən keçirilən “İlin Şirkəti” Milli mükafatının qaliblərinin elan edilməsi mərasimi keçirildi.
AZERFON MMC “İlin İKT şirkəti” və “İlin Brendi” nominasıyalarında qalib elan edildi!15 Dekabr 2007-ci il tarixində “Layihələrin İdarəedilməsi Azərbaycan Assosiasıyası” və “İTMagazine” jurnalının təsis etdikləri İNTELLEKT müsabiqəsində Nar Mobile “İlin İKT şirkəti” və “İlin brendi” nominasiyalarında qalib seçildi.
“Bakutel-2007” Beynəlxalq Telokommunikasiya sərgisinin iştirakçısı olan AZERFON MMC (Nar Mobile ticarət nişanı) şirkəti “Ən yaxşı korporativ stil” nominasiyasında qalib elan olundu!AZERFON MMC (Nar Mobile ticarət nişanı) H.Əliyev adına idman-sərgi salonunda keçirilən 13-cü Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel-2007” sərgisinin təşkilatçıları tərəfindən “Ən yaxşı korporativ stili” nominasiyasına layiq görülüb.
Nar Mobile özünəxidmət sistemi Azərbaycanda ən uğurlu E-Biznes layihəsi seçildi.Azerfon MMC (Nar Mobile ticarət nişanı) məhsulu olan "Mən və Nar Mobile" 169 dövlətin iştirak etdiyi Beynəlxalq World Summit Award 2007 müsabiqəsinin milli mərhələsində ilin "E-Business" nominasiyası üzrə qalib seçildi.

bottom
© 2012 AZERFON LLC
youtube