Siz tətilə çıxmağı və ya digər ölkəyə istirahətə getməyi planlaşdırırsınız?
Nar Mobile şəbəkəsinin Beynəlxalq Rominq xidmətini aktivləşdirməyi yaddan çıxarmayın.
Rominq sizə ölkədən kənarda olduqda zəngləri qəbul etməyə və zəng etməyə, eləcə də, Nar Mobile şəbəkəsinin sizə təklif etdiyi digər xidmətlərdən istifadə etməyə imkan yaradır. Beynəlxalq Rominq olduğunuz müddətdə sizə gələn zənglər səfər etdiyiniz ölkənin şəbəkəsinə ötürüləcək.
Danışığınızın haqqı faktiki vaxta görə hesabınızdan tutulacağına görə siz Beynəlxalq Rominqdə olan zaman da hesabınızı yoxlaya bilərsiniz.
Xahiş edirik, Beynəlxalq Rominq xidmətindən istifadə olunması imkanının səfər etdiyiniz ölkənin mobil operatorunun gücündən asılı olaraq məhdud olduğunu yadda saxlayasınız. Ona görə əvvəlcədən siz Müştəri Xidməti Mərkəzində səfər edəcəyiniz ölkədə mobil operatorun bu funksiyanı yerinə yetirə bilməsini yoxlamalısınız.
Xaricə getməzdən əvvəl
Bizim Nar Mobile Müştəri Xidməti Mərkəzinə gedərək səfər edəcəyiniz ölkədəki rominq xidmətləri barədə lazımi məlumatı və rominq xidmətini aktivləşdirmə üçün nə etmək lazım olduğunu öyrənin.
Diqqət! Aşağıda göstərilən siyahıda olmayan ölkələrə səyahət edən abunəçilərin Müştəri Xidmətlərinə müraciət etmələri tövsiyə olunur.
Beynəlxalq Rominq xidmətindən istifadə edərkən aparılan danışıqlar aşağıda qeyd olunan tariflər əsasında aparılır.
|
Tarif Zonası |
Daxil olan zənglər, AZN/dəqiqə |
Çıxan zənglər, AZN/dəqiqə |
Çixan SMS, AZN |
DATA trafik, AZN/MB |
|---|---|---|---|---|
| 1 | 0.50 | 1.35 | 0.35 | 6 |
| 2 | 1.00 | 1.50 | 0.50 | 12 |
| 3 | 1.50 | 2.50 | 0.75 | 16 |
| 4 | 2.00 | 3.50 | 1.00 | 20 |
- Zona 1: Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan.
- Zona 2: Avstriya, Belçika, Estoniya, İraq, Kanada, Norveç, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukrayna, Yəmən, Yunanıstan.
- Zona 3: Albaniya, Almaniya, Bolqarıstan, Bosniya və Herzeqovina, Cənubi Afrika Respublikası, Danimarka, Əfqanistan, Finlandiya, Fransa, İngiltərə, İran, İrlandiya, İslandiya, İsveç, İsveçrə, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malta, Monako, Monteneqro, Mozambik, Niderland, Oman, Portuqaliya, Polşa, Rumıniya, Sinqapur, Slovakiya, Sloveniya, Suriya, Toqo, Vyetnam.
- Zona 4: ABŞ, Aruba, Banqladeş, BƏƏ, Brazil, Burkina Faso, Çexiya, Çin, Dominikan, Ekvador, El Salvador, Əlcəzair, Filipin, Hindistan, Honduras, İndoneziya, İordaniya, İsrail, Jersi, Kamboca, Keniya, Keyp Verde, Kolumbiya, Koreya, Kot Divuar, Kuba, Küveyt, Madaqaskar, Makau, Malaysiya, Maldiv adaları, Mauritus, Meksika, Misir, Monqolustan, Morokko, Namibiya, Niderland Antilla (Kürakao), Niqeriya, Pakistan, Panama, Papua Yeni Qvineya, Peru, Puerto Riko, Qabon, Qambiya, Qana, Qatar, Qayana, Qonkonq, Qvineya, Qvineya Bissau, Ruanda, Səudiyyə Ərabistan, Seneqal, Serbiya və Monteneqro, Sudan, Surinam, Şri Lanka, Tanzaniya, Tayland, Tayvan, Trinidad və Tobaqo, Xorvatiya, Uqanda, Yamayka, Yaponiya, Yeni Zelandiya.
